Dünya bazarlarında dolların enməsi fonunda qızılın qiyməti müsbət dinamika nümayiş etdirir.
AzPolitika.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün Moskva vaxtı ilə səhər saat 08:42-yə olan məlumata görə, Nyu-York birjasında (Comex) qızılın bir unsiyasının iyun fuçersinin qiyməti 0,39 faiz qalxaraq, 1187,8 dollar olub.
Dolların indeksi isə 0,28 faiz enərək, 98,11-ə bərəbər olub.
AzPolitika.info


Şərhlər