Menu

Azərbaycan beynəlxalq hərbi təlimdə iştirak edir

01.04.2015, 19:28
Azərbaycan beynəlxalq hərbi təlimdə iştirak edir

Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan, Rumıniya və Şimali Kipr Türk Respublikası təmsilçilərinin iştirakı ilə beynəlxalq "İşıq-2015/1” hərbi xilasetmə təlimləri başlayıb. APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.

Təlimlərdə Azərbaycan dörd ədəd Mİ-17 helikopteri və bir xüsusi təyinatlı tağımla iştirak edir.

Martın 30-da başlayan təlimlər aprelin 10-a qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol