Menu

Nüvə danışıqları bir gün də uzadıldı

02.04.2015, 14:33
Nüvə danışıqları bir gün də uzadıldı

[caption id="attachment_106726" align="alignleft" width="300"] Lozannada danışıqların aparıldığı otelin həyəti.[/caption]

İran və 6 supergüc arasında İsveçrənin Lozanna şəhərində keçirilən danışıqlar cümə axşamı da davam etdiriləcək.

İlkin saziş martın 31-dək imzalanmalı idi, lakin tərəflər arasında fikir ixtilafları buna mane olub.

Buna baxmayaraq iştirakçı ölkələr son nəticəyə ümidlərini itirməyiblər.

ABŞ-ın dövlət katibi John Kerry İsveçrədə bir gün də artıq qalmağı qərara alıb. Almaniya, Fransa və Britaniyanın da xarici işlər nazirləri Lozannadadırlar.

Danışıqçılar ümumən nikbin səslənirlər.

İran nümayəndələri bildiriblər ki, saziş barədə ümumi razılıq demək olar, əldə edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu nikbinliyi bölüşür.

Mediaya sızan məlumatlara görə həll olunmamış qalan məqamlar sazişin başa çatmasından sonra nə olacağı və İrana hansı həcmlərdə nüvə tədqiqatlarının aparılması üçün limit verilməsidir.

Habelə İran BMT sanksiyalarının ilk növbədə qaldırılmasını istəyir.

Başqa xəbərlərə görə sazişin yekun çərçivəsi artıq hazırdır və bu mərhələdə ən azı ümumi bəyanatı gözləmək mümkündür. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol