Menu

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlir

02.04.2015, 17:10
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt aprelin 8-9-da Bakıya gələcək. APA-nın xəbərinə görə, P. Aqramuntun səfəri qurumun İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı “Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla əlaqədardır.

Səfər ərzində P. Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol