Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümüdür. Bununla bağlı əslən Kəlbəcərdən olan jurnalist, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə İTV-nin “Carçı” proqramına açıqlama verib.
Açıqlamasında Azərbaycanın işğaldakı torpaqlarının yaxın gələcəkdə azad ediləcəyinə inamını ifadə edən Z.Hüseynzadə, qondarma Dağlıq Qarabağ respublikasının yetkililərinin də erməni əsgəri Andranik Araratoviç Qriqoryan kimi ağ bayraq qaldıraraq, təslim olacağına əminliyini bildirib.
Yalnız bir neçə saniyəsi efirə verilən çıxışında Z. Hüseynzadə bunları bildirib:
"100 il öncə qulağını kəsdiyimiz Andranikin nəvələri bu gün əllərində ağ bayraq Azərbaycan əsgərindən imdad diləyir. Heç şübhə etmirəm ki, sabah qondarma rejimin qondarma deputatları da əllərində ağ bayraq bizə pənah gətirəcəklər. Bundan sonra bütünlüklə erməni xalqı ağ bayraq qaldıraraq bizə yalvaracaq ki, onları bədbəxt etmiş bu xuntanı, öz millətinə qənim kəsilmiş Sərkisyan rejimini tarixin zibilliklərinə göndərməkdə onlara yardımçı olaq. Proseslər buna doğru gedir və ermənilərin bizə yalvaracağı günə çox qalmayıb."


Şərhlər