Menu

İki Azərbaycan vətəndaşı Yəməndən çıxarılıb: 7 nəfər gözləyir

03.04.2015, 12:34

International airports shut down in YemenAprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən təxliyyə olunub. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə də akkreditə olunmuş səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.

Konsul bildirib ki, Moskvaya yola salınan şəxslər Cəfərov Rüstəm və onun həyat yoldaşı Marina Valerinadır: “Digər 7 nəfər azərbaycanlı isə Sana şəhər aeroportunda gözləyir. Onların da bu gün ya Rusiya, ya da Türkiyə vasitəsiilə təxliyə olunacaqları gözlənilir. Səfirlik prosesi daim diqqətdə saxlayır”.

E. Qurbanov deyib ki, 9 nəfərdən başqa Yəməndən çıxmaq üçün müraciət edən yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol