Menu

Elman Rüstəmovun əleyhinə cəmi 1 deputat səs verib - AÇIQLAMA

03.04.2015, 16:58
Elman Rüstəmovun əleyhinə cəmi 1 deputat səs verib - AÇIQLAMA

Milli Bankın manatın 21 fevral devalvasiyasından cəmi 3 gün əvvəl xalqa yalan danışan sədrinin dəyişdiriləcəyi barədə proqnozlar özünü doğrultmadı və bu gün Milli Məclis, növbəti dəfə Elman Rüstəmovun Milli Bankın İdarə Heyətinin üzvü təyin olunması haqda təqdimatı təsdiqlədi. Məsələnin səsə qoyulması zamanı cəmi bir deputat - Fazil Mustafa Elman Rüstəmovun əleyhinə səs verib. Bu barədə millət vəkilinin özü məlumat verib: 

"Bu gün Milli Məclisdə Milli Bankın İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun yenidən seçilməsinin əleyhinə təkcə mən səs verdim. Arqumentim bu idi ki, Elman Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu."

Maraqlıdır ki, Milli Bankın ölkədə şok yaşadan 21 fevral qərarına ən sərt reaksiya verən deputat Vahid Əhmədov olmuşdu. Lakin nədənsə, bu gün o, Fazil Mustafa kimi addım atmayıb.

Vaqif NƏSİBOV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol