Menu

Prezident sərəncam verdi

03.04.2015, 20:17
Prezident sərəncam verdi

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib

Prezident İlham Əliyev “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Anspress-in məlumatına görə, bu sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol