Menu

Rusiyadan BMT-yə çağırış

04.04.2015, 09:40
Rusiyadan BMT-yə çağırış

Rusiya Yəməndəki vəziyyətlə bağlı BMT TŞ-nin iclasını çağırır

Rusiya Yəməndəki humanitar vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasa çağırıb. Anspress-in məlumaıtna görə, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin sözçüsü Aleksey Zaytsev bəyan edib.

"Rusiya koalisiyanın Yəməndə həyata keçirdiyi havadan zərbələrdə "humanitar fasilə"nin müntəzəm və ya mütləq riayət olunmasının müəyyən edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasını danışıqlara çağırır", – deyə A.Zaytsev bildirib.

Müşavirənin bu gün gündüz saatlaında baş tutacağı qeyd edilir. Bundan başqa, o, Rusiyanı burada BMT yanında daimi nümayəndəliyinin köməkçisi Vladimir Safronkovun təmsil edəcəyini deyib.

Qeyd edək ki, bir həftədir Yəməndə davam edən hərbi əməliyyatlar nəticəsində hökumətə bağlı qüvvələr koalisiyyanın dəstəyi ilə husilərin nəzarət altına aldığı bir sıra yerləri geri qaytarıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol