Menu

Bakıda döyüş sursatı aşkarlandı

04.04.2015, 17:31
Bakıda döyüş sursatı aşkarlandı

Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb.

FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu, təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir. Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol