Menu

Koreya lideri hərbi dəniz qüvvələrinə əmr verdi

04.04.2015, 20:37
Koreya lideri hərbi dəniz qüvvələrinə əmr verdi

Xüsusi hazırlıq təlimləri daha da intensivləşdirilməlidir

Şimali Koreyanın silahlı qüvvələrinin lideri marşal Kim Çen In ölkənin hərbi dəniz qüvvələrinin dənizçilərinə xüsusi hazırlıq təlimlərini daha da intensivləşdirməyi əmr edib. Anspress-in məlumatına görə, o, bu haqda əmri ölkənin Hərbi Dəniz Qüvvələrinin 164 saylı hissəsində olarkən verib. Başçəkmə zamanı lider antiyapon partizan mübarizəsinin təcrübəsini daha dərindən öyrənməyin vacib olduğunu da deyib.

Kitabxanaya da baş çəkən lider bildirib ki, kitab oxumaq Koreya xalq ordusunun döyüşçülərinin hərbi hazırlığının əsas hissəsi olmalıdır, döyüşçülərin müxtəlif sahələrə dair bilikləri olmalıdır: "Ölkənin hərbi qüvvələrində siyasi-ideoloji və mənəvi amillərin rolu artmalıdır".

Lider sonda hərbçilərə avtomat və iki binokl bağışlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol