Menu

Misirdə bir sutkada ikinci partlayış baş verib

05.04.2015, 19:06
Misirdə bir sutkada ikinci partlayış baş verib

Misirin paytaxtı Qahirədə partlayış baş verib. ANS PRESS-in məlumatına görə, şəhərin mərkəzindəki estakada körpüsünün altında avtomobilə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində bir polis əməkdaşı ölüb, bir nəfər isə yaralanıb.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Bu, son sutka ərzində Qahirədə törədilən ikinci partlayışdır. Belə ki, dünən orta məktəblərdən birinin yanında kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşmüş, hadisə itkisiz ötüşmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol