Menu

Prezident Rusiya XİN başçısına sərt sözlər dedi

06.04.2015, 14:28
Prezident Rusiya XİN başçısına sərt sözlər dedi

"Krımı ilhaq etməklə Rusiya beynəlxalq qanunları pozub"

Krımın Rusiya tərkibinə birləşdirilməsi beynəlxaq hüququn prinsiplərini pozur. Rusiya KİV-nin məlumatına görə, bunu Rusiya Feredasiyası Xarici işlər naziri Serqey Lavrovla görüşü zamanı Slovakiyanın Prezidenti Andrey Kiska deyib.

«Krımın anneksiyasını beynəlxalq hüququn prinsiplərinin və İkinci Dünya Müharibəsindən sonrakı dövrdə formalaşmış düzənin ciddi şəkildə pozulması faktı kimi qəbul edirik. Bu, həm də Rusiyanın 1994-cü ildə Budapeştdə öz üzərinə götürdüyü öhdəliyi pozması deməkdir. O zaman Ukrayna özünün nüvə silahından könüllü imtina etdiyinə görə, ABŞ, Böyük Britaniya və Rusiya bu ölkənin mövcud sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşacaqları barədə öhdəlik götürüblər» - deyə, prezident əlavə edib.

Slovakiya prezidenti onu da önə çəkib ki, ölkəsi Minsk razılaşmasının dönmədən reallaşdırılmasını dəstəkləyir.

Xəbər verildiyi kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov Bratislava şəhərinin faşist işğalından azad edilməsinin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Slovakiyada rəsmi səfərdə olub.

Bundan əvvəl isə Slovakiya prezidenti Moskvada keçiriləcək 9 may paradında iştirakdan imtina etmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol