Türkiyənin baş naziri keçirilәn "Rüşvәt әmәliyyatı"nı tәxribat adlandırdı
Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan ölkəsində korrupsiya və qaçaqmalçılıq ittihamı ilə bir qrup məmur və nazir övladlarının həbs edilməsi ilə bağlı açıqlamalar verib.
Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan keçirilən əməliyyat barədə hökumətə heç bir məlumat verilməməsinin qəbuledilməz olduğunu söyləyib.
Baş nazir əməliyyatı həyata keçirənləri “dövlət içində dövlət” iddiasında olduqlarını qeyd edib.
Əməliyyatın xarici və daxili qüvvələrin işbirliyinin nəticəsi olduğunu deyən Ərdoğan, “bununla bağlı həm təsbitimiz, həm də müəyyən dərəcədə təxminlərimiz var. Nəticəsi nə olursa olsun bunu sonuna qədər araşdıracağıq, atamızın oğlu olsa belə dinləməyəcəyik” deyə bildirib.
Bundan başqa baş nazir Ərdoğan, əməliyyat çərçivəsində bəzi hökumət nümayəndələrinin özlərinin və ailə üzvlərinin adının hallandırılması məsələsi də sona qədər araşdırılacaq deyə qeyd edib.
Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan korrupsiya və qaçaqmalçılıq ittihamı ilə bir qrup məmurun və üç nazirin övladının həbs edilməsi ilə bağlı açıqlama verib.
Ərdoğan keçirilmiş əməliyyat barədə hökumətin məlumatlandırılmamasının qəbuledilməz olduğunu deyib:
"Bunlar dövlətin içində dövlət yaratmaq niyyətindədirlər. Biz isə buna imkan verməyəcəyik. Bu işi həyata keçirənləri ortaya çıxaracağıq".


Şərhlər