Menu

Venesuela sosializmin son mərhələsinə çatıb...

07.04.2015, 09:53
Venesuela sosializmin son mərhələsinə çatıb...

Doxsanıncı illərdə Sovet İttifaqına səyahət edərkən yanınızda tualet kağızı gətirməyiniz tövsiyə edilirdi.

Çavesin rəhbərliyindən yalnız 16 il sonra, Venesuela, günümüzün sosializminin bir əvvəlki əsr sosializm ilə o qədər də fərqli olmadığını göstərdi.

Venesuelanın istehsal qıtlığı o qədər ciddiləşib ki, ölkədəki bəzi otellər müştərilərindən öz tualet kağızlarını və sabun gətirmələrini istəyir.

Sierra Nevada Milli Parkı yaxınlığında 20 yerlik bir otel sahibi olan Xinia Camacho, Venesuelanın qeyri-adi bir vəziyyətlə qarşı-qarşıya olduğunu bildirib. Camacho, "Bir ildən uzun müddətdir ki, nə tualet kağızımız, nə sabunumuz, nə südümüz, qəhvəmiz, nə də şəkərimiz var. Biz də müştərilərimizə hazırlıqlı gəlmələrini deyirik" söyləyib.

Böyük otellər istehsal qıtlığının öhdəsindən gələ bilirlər. Necə məgər? Ehtiyacları olduğu vasitələri və qidaları "qara bazar"dan əsl qiymətlərindən 6 dəfə yüksək məbləğlərə satın alaraq. Amma ailə təsərrüfatında olan daha kiçik otellər həddindən artıq bu yüksək qiymətlərin öhdəsindən gəlməyə qadir deyillər.

Prinsip olaraq "qara bazar"dan alış-veriş etməyi rədd etdiyini deyən Camacho, "Marketdə normalda 17 Bolivara (0,08 dollar) olan 1 tualet kağızının rulonunu, "qara bazar"dan ancaq 110 Bolivara (0,50 dollar) satın ala bilərsiniz. "Qara bazar"dan alış-veriş etməklə onlara dəstək olmaq istəmirik, eyini zamanda market növbələrində gündə 4 saat sərf edəcək vaxtım da yoxdur" deyir.

Son dövrlər, Venesuela rəsmiləri tərəfindən qaçaqmalçılığın qarşısını almaq məqsədilə ölkəyə xaricdən əsas məhsulların gətirilməsini əngəllənib. Buna görə də, Camachonun potensial müştəriləri yanlarında tualet kağızı gətirsələr belə mallarına əl qoyula bilər.

Qıtlıq, uzun növbələr, "qara bazarlar", dövlət oğurluğu və CIA-yı günahlandırmaq. Bəli, Venesuela həqiqi mənada sosializmin son mərhələsinə çatıb.

Amma aydın olmayan bir məqam var. Niyə tualet kağızı qıtlığı çəkilir? Sosialist iqtisadiyyatda yaxşı bir avtomobil və ya kompüter istehsalı problem ola bilər. Bir tualet kağızı istehsal etmək nə qədər çətindir?

Bu vəziyyət məlum olan bir sözü xatırladır: Saharaya kommunizm gətirsəniz, qum qıtlığı yaşaya bilərsiniz. (Businessht, "Marja")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol