Menu

Türkiyə müxalifəti İhsanoğlundan əl çəkmir

07.04.2015, 11:20
Türkiyə müxalifəti İhsanoğlundan əl çəkmir

Ekmələddin İhsanoğlu ötən il keçirilən prezident seçkisində müxalifətin vahid namizədi olub

Türkiyə prezidentliyinə keçmiş namizəd Ekmələddin İhsanoğlunun millət vəkilliyinə namizədliyi müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən irəli sürülüb. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i xəbər yayıb.

Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli millət vəkilliyinə namizədlərin siyahısını Mərkəzi Seçki Komissyasına təqdim edəcək.

Xatırladaq ki, Ekmələddin İhsanoğlu ötən il keçirilən prezident seçkisinə müxalifətin vahid namizədi kimi qatılıb. O, uzun müddət İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol