Menu

Səudiyyə kralı İran qarşısında şərt qoydu

08.04.2015, 14:49
Səudiyyə kralı İran qarşısında şərt qoydu

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən gün Tehrana etdiyi səfər zamanı Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin mesajını iranlılara çatdırıb. SalamNews-un "asriran.com"a istinadla verdiyi xəbərə görə, kralın mesajında rəsmi Tehrandan husilərə təzyiq göstərilməyi, onları Ədən və Sanadan geri çəkilməyə, hərbi qərargahları təhvil verməyə, ağır silahları yerə qoymağa razı salmağı və siyasi danışıqlara boyun qoymağı istənilir.

Kral bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə, husilərə endirilən zərbələrin dayandırılacağını bildirib.

Mesajda husilərin Yəməndəki siyasi danışıqlarda ölkənin bir cinahı kimi iştirak etmələrinin mümkünlüyü də vurğulanıb.

Bildirək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif R.T.Ərdoğanın Tehrana səfərindən cəmi bir gün sonra Pakistana, oradan isə Omana yola düşüb.

İranın rəsmi mənbələri ölkə XİN rəhbərinin Pakistan və Oman səfərlərində əsas müzakirə mövzusunun Yəməndəki hadisələrin olacağını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol