Menu

Müsavat yürüş-mitinq təyin etdi

08.04.2015, 16:39
Müsavat yürüş-mitinq təyin etdi

Müsavat Partiyası aprelin 19-na etiraz yürüşü keçirmək niyyətindədir.

Bu barədə Azadlıq radiosuna Müsavat başqanının müavini Elman Fəttah məlumat verib.

Bildirib ki, aprelin 19-da metronun «20 Yanvar» stansiyasının qarşısından Yasamal rayonundakı keçmiş «Məhsul» stadionuna yürüş təyin olunması haqqında qərar qəbul olunub:

«Qərara alınıb ki, birgə aksiyaların təşkili ilə bağlı digər siyasi təşkilatlarla məsləhətləşmələr aparılsın».

Partiya aksiyanın razılaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol