Rusiyaya qarşı sanksiya siyasətinə etiraz etdiyinə görə Avropa Birliyi ilə münasibətləri gərgin olan Yunanıstanın baş naziri Aleksis Cipras Moskvada səfərdədir. Musavat.com Rusiya qaynaqlarına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra tərəflər 2015-16-cı illər üçün hərəkət planı imzalayıblar.
Bundan əlavə, iki ölkə rəhbərləri 2-ci Dünya savaşında qələbənin 70-ci ildönümü ilə bağlı birgə bəyanat və görüşlərin yekununa dair 2016-cı ildə Yunanıstanda Rusiya, Rusiyada isə Yunanıstan günlərinin keçirilməsi barədə birgə memorandum imzalayıblar.
Razılaşmalardan danışan Putin Rusiyanın Yunanıstanda özəlləşdirmədə iştirak etməyə hazır olduğunu və bu zaman Rusiya üçün bərabər, başqalarından fərqli pis şərtlərin qoyulmayacağına ümid elədiyini söyləyib.
Görüşlərdən sonra Kreml başçısı rəsmi Afinanın Moskvaya maliyyə yardımı üçün müraciət etmədiyi də deyib.


Şərhlər