Rusiyanın qaz monopolisti olan “Qazprom”un gəlirləri bu ilin iki ayı ərzində 70% azalıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin məlumatında deyilir.
Gömrük xidmətindən yanvar-fevral aylarında “Qazprom”un ixracdan əldə elədiyi gəlirlərin 7,4 milyard dollaradək azaldığı bildirilib. Rusiyalı gömrükçülərin məlumatına görə, qazın ixracatı ötən ilin analoji dövrü ilə müqayisədə 37,4 milyard kub metrdən 27,5 milyard kub metrədək azalıb. 18,7 milyard kub metr qaz MDB-dən kənar ölkələrə, 8,8 milyard kub metr MDB hüdudlarında satılıb.
Qurumdan onu da bildiriblər ki, ötən ilin yanvarından mavi yanacağın orta qiyməti min kub metr üçün 334 dollardan 269 dollara düşüb.


Şərhlər