Menu

Nüvə razılaşmasının ardından yeni sanksiyalar tətbiq edildi

09.04.2015, 09:29
Nüvə razılaşmasının ardından yeni sanksiyalar tətbiq edildi

Avropa İttifaqı İranın Ticarət Bankına sanksiyalar tətbiq edib

Məhkəmənin hökmünə baxmayaraq Avropa İttifaqı, İranın Ticarət Bankı və 32 yükdaşıma şirkətinə qarşı yenidən sanksiyalar tətbiq edib. Anspress-in məlumatına görə, qurumun sanksiyaları İranın altılıqla nüvə razılığı əldə etməsindən bir neçə gün sonraya təsadüf edir.

Avropa İttifaqı Ticarət Bankının maliyyə resursları, neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə İran hökumətinə dəstək verdiyini bildirib.

Qeyd edək ki, bu ilin yanvar ayında Avropa məhkəməsi bankın və 40-a yaxın yükdaşıma şirkətinin sanksiyalar obyekti olmadığına dair qərar çıxarmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol