Terror təşkilatı olan İraq Şam İslam Dövləti (İŞİD) son günlər böyük bir problemlə mübarizə aparır. Bildirilir ki, problem “şərq çibanı” hesab edilən “Layşmanya” adlı bir dəri xəstəliyidir. Ölümcül xəstəliyin İŞİD üzvləri arasında sürətlə yayıldığı vurğulanır. Təşkilatın tərkibində bölgələrdə mütəxəssis həkim olmaması isə təhlükəni artırır.
Həmçinin, qeyd edilir ki, İŞİD üzvləri gigiyenaya əhəmiyyət verməmələri səbəbindən, ətraf da çirkli olduğundan, xəstəlik durmadan yayılır.
Bildirilir ki, indiyə qədər 100 min nəfərə “şərq çibanı” diaqnozu qoyulub. Xəstəliyin təkcə İŞİD üzvləri üçün deyil, yayılaraq Suriya əhalisi üçün də təhlükə törədəcəyindən narahatlıq var. Dəridə kiçik qızartılarla başlayan xəstəlik sonradan böyük yaraya çevrilir.


Şərhlər