Menu

Bəşər Əsədin Türkiyə planı...

09.04.2015, 13:03
Bəşər Əsədin Türkiyə planı...

Türkmən komandir bildirir ki, Suriya dövlət başçısı Türkiyədə xaos mühiti yaratmaq üçün Türkiyəyə terrorçu “ixrac edir”

“Bəşər Əsəd xaos yaratmaq üçün Türkiyədə terrorçu ixrac edir”. Bu iddia ilə Suriya türkmənlərinin ən sıx yaşadığı bölgələrdən olan Bayırbucakda olan komandir Əbul Fadıl çıxış edib. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, komandir detallı açıqlama verib. O, son bir ay ərzində Türkmən dağı və ətrafına İrandan gətirilən 3 min yaraqlının bölgəyə yerləşdirildiyini bildirib.

Komandirin sözlərinə görə, Türkiyədə çox sayda yaraqlı burdakı düşərgədə təlim keçir. O, qeyd edib ki, rejimin nəzarətində olan Suriyanın sahil qəsəbələrindən Basitdə bir təhsil düşərgəsi açılıb və Türkiyədən çox sayda yaraqlı bu düşərgədə öyrədilir.

Türkiyə ilə Suriya arasında yaraqlı və silah trafikinin daha çox Samandağından dəniz yolu ilə təmin edildiyinə diqqət çəkən türkmən komandir, daha bir neçə yolu da açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol