Menu

Müxalifət liderinə qarşı ittiham irəli sürülüb

10.04.2015, 09:12
Müxalifət liderinə qarşı ittiham irəli sürülüb

Ermənistanda “Təsisedici Parlament” radikal müxalifət təşəbbüsünün lideri Jirayr Sefilyana qarşı aprelin 9-da ittiham irəli sürülüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “NEWS.am”a hərəkatın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Jirayr Sefilyana qarşı Ermənistan CM-nin 225-ci maddəsi (kütləvi iğtişaşlar) üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, aprelin 7-də Ermənistan İstintaq Komitəsi qondarma erməni soyqırımının 100 illiyinin qeyd ediləcəyi aprelin 24-də planlaşdırılan kütləvi iğtişaşların qarşısının alındığını bəyan edib.

Başlanmış cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən baxış, əməliyyat-axtarış və digər tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı “Təsisedici Parlament”ın lideri Jirayr Sefilyan və hərəkatın bir neçə üzvü saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol