Menu

“Yaxın günlərdə Bakıya 300 yeni avtobus buraxılacaq”- Ziya Məmmədov

10.04.2015, 23:56
“Yaxın günlərdə Bakıya 300 yeni avtobus buraxılacaq”- Ziya Məmmədov

2015-ci ilin I rübü ərzində Azərbaycanda ictimai nəqliyyatda avtobus parkının yenilənməsi işləri davam etdirilib.“APA-Economics” xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir qeyd edib edib ki, hesabat dövründə paytaxta daha 65 ədəd orta və iritutumlu marşrut avtobusları gətirilib.

Z. Məmmədov əlavə edib ki, yaxın günlərdə 300 ədəd “İveco” markalı yeni avtobuslar Bakının marşrut şəbəkəsində istismara buraxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol