SWİFT İranla öz xidmətlərini bərpa eləmək üçün danışılar aparır. Musavat.com-un məlumatına görə, bu barədə “Press TV” telekanalı məlumat yayıb.Telekanalın məlumatına görə, bank ödənişləri üzrə beynəlxalq maliyyə birliyi kimi SWİFT İranın özəl bankları ilə bir neçə rəsmi və qeyri-rəsmi görüşlər keçirib.
İran bazarında SWİFT sisteminin xidmətlərinin bərpası haqda danışıqlar Lozanna anlaşmasında sonra Tehrana qarşı iqtisadi və maliyə sanksiyalarının götürülməsi perspektivi ilə bağlıdır.
İran bankları SWİFT qlobal maliyyə sistemindən 2012-ci ildə sanksiyaların sərtləşdirilməsi çərçivəsində kənarlaşdırılıb.


Şərhlər