Menu

Pakistanda qanlı basqın: 20 ölü

11.04.2015, 19:06
Pakistanda qanlı basqın: 20 ölü

Pakistanda silahlılar tikinti meydançasına hücum ediblər, azı 20 işçini öldürüblər. 3 nəfər yaralanıb.

Hadisə ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində baş verib.

Yerli rəsmilər bildirirlər ki, böyük bir silahlı dəstə aprelin 11-də Gok Don rayonunda tikinti meydançasının yaxınlığındakı işçi düşərgəsinə hücum edib.

Hücumla bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz öhdəsinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol