On minlərlə insan dələduzluğun qurbanı olub...
Rusiya KİV-nin yaydığı məlumata görə (Rosbalt), ölkədə Əmanət Bankının on minlərlə müştərisi dələduzluğun qurbanına çevrilib! Rusiya Daxili İşlər Nazirliyi regional idarələrinin birindəki mənbənin (FlashNord) məlumatına görə, aldadılmış müştərilərin hamısı «Android» bazalı, troyanla yüklənmiş smartfonlardan istifadə edib. Bu platformanın köməyi ilə dələduzlar müştərinin telefon nömrəsinə yazılmış bank kartının nömrəsini öyrənərək, əmanətləri müştərilərin hesabından oğurlayıblar.
Qeyd edilir ki, bu zaman kart sahibi hesabından vəsaitin silinməsini izləyə bilmir. Çünki bu proqram bankdan daxil olan SMS-ləri önləyir (bloklayır).
Rusiya Daxili İşlər Nazirliyindəki mənbə xəbər verir ki, ölkə boyu təxminən, 20-30 min insan bu dələduzluğun qurbanı olub.
Bölgələrdəki polis idarələrindəki mənbələr də dələduzluq faktını təsdiq edirlər.
Kaliniqrad vilayətində qurbanların sayı 250 nəfərə yaxın, Murmansk vilayətində 200 nəfərə yaxın, Sankt-Peterburqda və Leninqrad vilayətində 300 nəfərə yaxındır.
Xəbər verilir ki, son bir ildə Rusiyada 3 dələduz qrupu saxlanıb - Arxangelskdə, Samarada və Yoşkar-Olada. Təkcə Samara qrupunun vurduğu zərər təxminən, 200 milyon rubl civarında qiymətləndirilir. Ümumi zərərin miqyası isə hələlik müəyyən olunmayıb.
Burada Əmanət Bankının mövqeyi də diqqəti çəkir. Bank hesab edir ki, «Android» platformasından antivirus müdafiəsi olmadan istifadə edilməsi bütün məsuliyyəti müştərinin üzərinə qoyur.
AzPolitika.info


Şərhlər