Türkiyədə hakim partiyanın başqan müavini və partiya sözçüsü Bəşir Atalay Abdullah Gülün deputatlığa namizəd olmaması haqqında mühüm açıqlamalar verib. Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bəşir Atalay bildirib ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gülə deputatlığa namizəd olması üçün AKP-dən təklif edilib. Lakin A.Gül təklifi qəbul etməyib və bu prosesdən kənarda qalmaq istədiyini bildirib.
Atalay deyib: “Küskünlük yoxdur. Namizəd olmaq istəmədi. Bunu ilk dəfə açıqlayıram. Baş nazir Əhməd Davudoğlu bildirmişdi ki, Abdullah Gül namizəd olmaq istəsə, başımızın üstündə yeri var. Həmçinin siyahı hazırlananda da mənə tapşırdı ki, Abdullah bəyin namizəd olmaq barədə fikrini öyrənim. Mən də Abdullah bəyə namizəd olmasını təklif etdim. O, təklif üçün təşəkkür etdi və kənarda qalmaq istədiyini bildirdi”.
B. Atalay həmçinin bildirib ki, A. Gül nadir yetişən şəxsiyyətlərdən biridir.


Şərhlər