Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Rusiya prezidenti Vladimir Putini “Böyük yeddilər”in (G7) növbəti sammitinə dəvət eləmək barədə solçu partiyaların xahişini rədd edib. Musavat.com-un məlumatına görə, bu barədə BBC alman mənbəyinə istinadən xəbər verir yayıb.
Solçulara görə, Rusiya ilə əməkdaşlıq bir çox beynəlxalq böhranlı məsələlərin həlli üçün vacibdir.
Xatırladaq ki, ötən il ən inkişaf eləmiş 7 ölkə qrupu Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqində vəziyyəti qarışdırmasına etiraz əlaməti olaraq illik zirvə toplantısını Putinsiz keçirmişdilər.
Almaniya XİN rəhbərinin sözlərinə görə, Rusiya üçün G8-ə yol Krımdan imtina eləməkdən keçir. “Böyük yeddilər”in növbəti illik sammiti iyunda, Bavariyada olacaq.


Şərhlər