Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Zabrat-Maştağa yolunda 105 saylı marşrut xəttində işləyən avtobusla minik avtomobili toqquşub.Nəticədə minik avtomobilində olan 4 nəfərin öldüyü bildirilir.
Fövqəladə Hallar Hazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları və Təcili Tibbi Yardımın hadisə yerinə gəlib.
Hadisə barədə əlavə məlumat veriləcək.


Şərhlər