ABŞ-ın sabiq dövlət katibi və Amerikanın keçmiş birinci xanımı Hillary Clinton 2016-cı il prezident seçkilərində namizədliyini irəli sürəcək.
Clinton bu münasibətlə yaydığı videoda sıravi amerikalıların “çempionu” olmaq və ilk növbədə onların maraqlarını müdafiə etmək niyyətində olduğunu bəyan edib.
Hillary Clinton 2008-ci ildə Demokrat Partiyasından prezidentliyə namizəd qismində nominasiyasında mübarizəni Barak Obamaya uduzub. Hazırda, politoloqların rəyincə, demokratlar sırasında onun ciddi rəqibi yoxdur.
Barak Obama deyib ki, Hillary Clintonu Demokrat Partiyasının namizədi kimi dəstəklədiyini bildirib.
Obamanın sözlərinə görə, Clinton çox yaxşı prezident olacaq – onun Birləşmiş Ştatlar üçün etmək istədiyinə dair aydın görümü var.
“O, 2008-ci ildə [Demokrat Partiyasının praymerizində] çox güclü namizəd olub. O, prezident seçkilərində bütövlüklə məni dəstəkləyib. O, görkəmli baş katib olub. O, mənim dostumdur. Elə düşünürəm, o çox yaxşı prezident olar”, - prezident Barak Obama Panamada “Amerika sammiti” başa çatdıqdan sonra mətbuat konfransında bəyan edib.
Həmçinin Nyu York ştatından senator olan və Obamanın ilk prezidentliyi dövründə ABŞ Dövlət Departamentinin başçısı olmuş Amerikanın birinci xanımı 67 yaşlı Hillary Clinton seçki yarışına qatıldığı haqqında rəsmən bazar günü elan edib.
Clinton-un rəsmi seçkiqabağı saytında dərc olunmuş videoda sadə amerikalılar öz ümid və gözləntiləri barədə söyləyirlər, ondan sonra Clinton deyir ki, onların “çempionu” olmaq və maraqlarını müdafiə etmək istəyir.
Hillary Clinton seçkilərdə qalib gəlsə, ABŞ-ın ilk qadın prezidenti olar. /BBC


Şərhlər