Menu

Orta məktəb şagirdi adam öldürdü - Azərbaycanda

13.04.2015, 11:22
Orta məktəb şagirdi adam öldürdü - Azərbaycanda

Tovuzda qətl törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qədirli kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Nemət Rzayev həmkəndlisi, 1996-cı il təvəllüdlü İdris Paşayevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, qətli törədən şəxs məktəblidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol