Menu

Hərbçilərimiz Dohaya gedir

13.04.2015, 11:31
Hərbçilərimiz Dohaya gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 14-dən 16-dək Doha şəhərində (Qətər) "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Kaunas şəhərində (Litva) yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu keçiriləcək.

Bununla yanaşı, aprelin 14-dən 24-dək isə Əmman şəhərində (İordaniya) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol