Menu

AKP-yə qarşı başladılmış intim görüntü şantajı iflasa uğradı

20.12.2013, 12:52
AKP-yə qarşı başladılmış intim görüntü şantajı iflasa uğradı

Mustafa Ərdoğana və Niman Kurtulmuşa aid edilən intim görüntülər porno filimdən götürülübmüş

Dünən axşam AKP başqanının müavini Numan Kurtulmuşa aid olduğu iddia edilən intim foto gorüntülər internetdə yayılmağa başlayıb. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Odatv böyük mübahisələrə səbəb olan və sadəcə tvitterdə 1 fotodan ibarət görüntünün orjinalını tapıb. İnternetə yüklənən o görüntülərin hamısını birləşdirəndə tamamən başqa birinə aid olduğu məlum olub. Bunun şüurlu təhrifetmə olduğu üzə çıxıb. Numan Kurtulmuş isə bu iyrənc iftiraya inanmayanlara təşəkkür edib: "Siyasətin çirkaba bulaşdığı bir vaxtda mənə atılan cirkin iftiraya inanmayanlara təşəkkür edirəm."-deyib. Kurtulmuş o görüntülərin bir porno filmindən götürüldüyünün bildirərək:-"Ancaq bu cinayəti edənlər, yayanlar və ağzı sulanaraq xəbər hazirlayanlar cavab verəcəklər."-deyib.

Qeyd edək ki, söhbət dünən sosial mediada yayılmış və baş nazir Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğana aid olduğu deyilən seks görüntülərindən gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol