Menu

Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salındı

13.04.2015, 14:33
Bakının bəzi küçə və prospektlərində sürət həddi aşağı salındı

Bakının bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar sürət həddi aşağı salınıb.

“Azəryolservis” ASC Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev APA-ya verdiyi açıqlamada bildirib ki, hava şəraiti nəzərə alınaraq Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Sözügedən yollarda sürət həddi müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.

Qurum rəsmisi hava şəraiti dəyişən kimi sürət həddinin də yenidən əvvəlki vəziyyətə qaytarılacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol