Menu

Bakıdakı "TİTANİK" otelində yanğın

14.04.2015, 11:38
Bakıdakı "TİTANİK" otelində yanğın

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TiTANiK" otelində yanğın olub.

Otelin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın konstruksiyaları yanıb.

Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyyə olunub. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol