MTN-nin tərcidxanasında saxlanılan hüquq müdafiəçisi, jurnalist Pərviz Həşimliyə “kars” cəzası verilib. Bu barədə “Azadlıq”ı jurnalistin ailəsi onun vəkilinə istinadən məlumatlandırıb.
Pərviz Həşimliyə axırıncı məhkəməsindən dərhal sonra 3 günlük “kars” verilib. Bu o məhkəmə idi ki, Pərviz qısa fürsətdən istifadə edib məhkəmə önüdəkilərə “MTN-də qanunlar zorlanır” demişdi.
Pərviz Həşimlinin vəkili Elçin Sadıqov məhkəmədə olduğundan məlumatı təfsilatı ilə öyrənmək mümkün olmayıb.
Əlavə məlumat verəcəyik.


Şərhlər