Menu

Avropa Parlamenti “erməni soyqrımı”nı müzakirəyə çıxaracaq

14.04.2015, 15:59
Avropa Parlamenti “erməni soyqrımı”nı müzakirəyə çıxaracaq

Avropa Parlamenti aprelin 15-də baş tutacaq plenar iclasda qondarma “erməni soyqrımı” məsələsini müzakirəyə çıxaracaq. APA-nın “News.am“a istinadən verdiyi xəbərə görə, “Erməni “soyqırımı”nın 100 illiyi” mövzusunda aparılacaq müzakirələr plenar iclasın 2-ci hissəsində baş tutacaq. Parlamentarların yekun qərarı üçün müzakirə və səsvermə keçiriləcək.

Qeyd edək ki, Avropa Parlamenti 2013-cü ilin insan hüquqları və demokratiya üzrə hesabatında Ermənistana dair maddələr qeyd olunan sənədi bu il martın 12-də qəbul edib. Sənəddə qondarma “erməni soyqırımının 100 illiyi” ərəfəsində Avropa Birliyinin bütün üzv dövlətləri erməni soyqırımını tanımağa çağırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol