Menu

BVF Azərbaycanda 0,6 faiz artım gözləyir

14.04.2015, 20:04
BVF Azərbaycanda 0,6 faiz artım gözləyir

Beynəlxalq Valyuta Fondu (BVF), Dünya İqtisadi Proqnozları (World Economic Outlook) hesabatının 2015-ci ilin Aprel sayını dərc edib.

Hesabatda, qlobal iqtisadiyyatdakı mülayim, ancaq balanssız inkişafın davam etdiyi qeyd edilib.

BVF-nin 2015 və 2016-cı illərdə qlobal iqtisadiyyatın müvafiq olaraq 3,5 faiz və 3,8 faiz artacağını proqnozlaşdırır.

Sözügedən proqnozlar, Yanvar ayında yenilənən hesabatda bu il üçün 3,8 faizdən 3,5 faizə və gələn il üçün 4 faizdə 3,7 faizə salınmışdı.

Hesabata görə, BVF, Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 0.6 faiz, 2016-cı ildə isə 2.5 faiz artacağını gözləyir. Fond bu il Azərbaycanda 7,9 faiz, 2016-cı ildə isə 6,2% inflyasiya olacağını gösləir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol