Menu

Obamadan Kuba ilə bağlı önəmli qərar

15.04.2015, 09:13

150309224229_barack_obama_624x351_apABŞ prezidenti Barak Obama Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılmasına dair qərar qəbul edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd artıq Konqresə təqdim edilib.

Məlumatda qeyd edilir ki, Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılması ABŞ-Kuba münasibətlərinin normallaşdırılmasında çox mühüm əhəmiyyət kəsb edən məsələdir.

Aprelin 12-də Barak Obama Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılmasına dair hələlik qərar vermədiyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol