Menu

May ayında büdcəyə yenidən baxılmayacaq

15.04.2015, 11:58
May ayında büdcəyə yenidən baxılmayacaq

“Mənim fikrimcə, dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına büdcəyə yenidən baxılması məsələsinə münasibət bildirərkən belə deyib.

O qeyd edib ki, ehtiyatda 1 milyard manat vəsait var:

“Büdcə təsdiq ediləndə investisiya layihələri üçün ehtiyat vəsait ayrılıb. Neftin dünya bazarında qiyməti indi 55-60 dollar arasında dəyişsə də, büdcə təsdiq edilən zaman neftin qiymətini 90 dollardan hesablamışdıq. Neftin qiymətinin büdcəyə təsiri 15 faiz təşkil edir ki, bu da cəmi 2 milyard 250 milyon vəsait deməkdir.

Nazirlər Kabineti investisiya layihələrini təstiq edəndə 1 milyard manat ehtiyat saxlamışdı. Hesab edirəm ki, bu doğru addım idi”.

Vahid Əhmədovun bildirib ki, hazırda neftin qiymətində problem yarandığı üçün dövlət büdcəsinə neftdən gələn gəlirlər azalıb:

“Həmin ehtiyat vəsait hesabına büdcədən 1 milyard manat az xərcləəcək. Mənə elə gəlir ki, may ayında büdcəyə yenidən baxılmasına ehtiyac yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol