Menu

“Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır” - Latviya baş naziri

15.04.2015, 14:48

avropa ittifaqi 28Latviyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov baş nazir Laimdota Straujuma ilə görüşüb. APA-nın “The Baltic-course”a istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişafı və Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın strateji əhəmiyyəti müzakirə olunub.

Azərbaycanı Avropa İttifaqının strateji tərəfdaşı adlandıran L. Straujuma Azərbaycan-Latviya iqtisadi əlaqələrin dinamik inkişaf tempini önə çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol