Bu barədə İran agentliyi xəbər yayıb
Misirin eks-prezidenti Hüsnü Mübarək ölüb. Lent.az-ın məlumatına görə, bu barədə İranın "Fars news" agentliyi xəbər yayıb.
Misir hökuməti xəbəri tədiqləyib
Misirin xarici işlər naziri Sameh Hassan Şükrü şəxsi "Twitter" hesabında xəbəri təsdiqləyib.
Qeyd edək ki, 87 yaşlı sabiq prezident 30 il Misir dövlətinə rəhbərlik etmiş, daha sonra inqilab yolu ilə devrilərək həbs edilmişdi. Məhkəmə onu öncə həbs etsə də, daha sonra sərbəst buraxmışdı. Mübarək uzun müddət idi ki, xəstə idi.

Şərhlər