Çempionlar Liqasının 1/4 final mərhələsində daha iki oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, həmin qarşılaşmalardan sonra bu etapda ilk matçlara yekun vurulacaq.
İddialı klublardan “Barselona” səfərdə PSJ-nin qonağı olacaq. Cari mövsümdə turnirin qrup mərhələsində üz-üzə gələn rəqiblərin qarşılaşması səbirsizliklə gözlənilir. Cütün favoriti Kataloniya təmsilçisi sayılsa da, fransızların 1/8 final mərhələsində “Çelsi”ni mübarizədən uzaqlaşdırması, ekspertləri bir qədər ehtiyatlı danışmağa sövq edir.
Paralel olaraq digər oyunda builki mövsümün məğlubiyyətsiz komandası “Porto” Almaniya nəhəngi “Bavariya” ilə birinci qarşılaşmada sərfəli nəticə qazanmağa çalışacaq. Mühhenlilər də öz növbəsində, ilk görüşdəcə əsas vəzifənin öhdəsindən gəlmək əzmindədi.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
15 aprel
PSJ – “Barselona” - 1:3
Qollar: van der Vil, 82 ; - Neymar, 19 ; Suares, 67 ; 79 ;
Baş hakim. Mark Klattenburq (İngiltərə)
Paris. “Park de Prans” stadionu
PSJ: Siriqu, Tyaqo Silva, Markinyos, Maksvell, van der Vil, Kabay, Matyuidi, Rabyo, Edinson Kavani, Lavezzi, Xavier Pastore.
Baş məşqçi: Loran Blan.
“Barselona”: Mark-Andre ter Stegen, Martin Montoya, Jerar Pike, Maskerano, Jordi Alba, İvan Rakitiç, Serjio Buskets, İniesta, Luis Suares, Leonel Messi, Neymar.
Baş məşqçi: Luis Enrike.
“Porto” – “Bavariya”- 3:1
Qollar: Quareşma, 3 (pen.) ; 10 ; Martinez, 65 ; - Tyaqo Alkantara, 28 ;
Baş hakim. Karlos Velasko Karbalyo (İspaniya)
Porto. “Draqau” stadionu
“Porto”: Fabiano, Danilo, Maykon, Martins İndi, Aleks Sandro, Kazemiro, Hereyra, Oliver Torres, Quareşma, Brahimi, Abubakar.
Baş məşqçi: Xulen Lopeteqi.
“Bavariya”: Manuel Noyer, Rafinya, Boatenq, Dante, Bernat, Xabi Alonso, Filipp Lam, Tomas Müller, Tyaqo Alkantara, Mario Götze, Robert Levandovski.
Baş məşqçi: Xosep Qvardiola.


Şərhlər