Menu

İki nazir oğluna həbs qərarı verildi, biri sərbəst buraxıldı

21.12.2013, 10:23
İki nazir oğluna həbs qərarı verildi, biri sərbəst buraxıldı

Türkiyədəki hay-küylü “korrupsiya və rüşvət” əməliyyatının istintaqında sensasion gəlişmə var. Müsavat.com Haberturk.com saytının məlumatı əsasında bildirir ki, aralarında ış adamı Rza Zərrab, daxili işlər naziri Muammer Gülər ve iqtisadiyyat naziri Zəfər Çağlayanın oğullarının da olduğu 14 şübhəli məhkəmə qərarı ilə həbs olunub.

Xatırladaq ki, onlar 17 dekabr tarixindən etibarən korrupsiya və rüşvət ittihamları ilə saxlanılmışdı. Bu gün sabaha yaxın saxlanılanların bir qismi, o cümlədən də üçüncü nazirin - Ərdoğan Bayraqdarın oğlu Abdullah Oğuz Bayraqdar sərbəst buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol