Menu

Əkin sahəsindən 33 raket tapılıb - Azərbaycanda

16.04.2015, 12:09
Əkin sahəsindən 33 raket tapılıb - Azərbaycanda

Beyləqan rayonunun Xaçınabad yaşayış məntəqəsi ərazisində əkin işləri aparılarkən Partlamamış Hərbi Sursat (PHS) aşkar olunub.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, 15.04.2015-ci il tarixində ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkarlanan 33 ədəd “PQ-7” tipli idarə olunmayan tank əleyhinə raketin partlatma yolu ilə yerində zərərsizləşdirilməsi planlaşdırılır.

Hazırda ərazidə təmizləmə əməliyyatları icra olunur.

Bundan başqa, Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən “Limonluq” restoranının yaxınlığında (PHS) aşkarlanıb. Rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, 13.04.2015-ci il tarixində ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirib, aşkarlanan 1 ədəd 130 mm-lik BR-482 model top mərmisi Ağstafa rayonu ərazisində yerləşən Mərkəzi Məhvetmə Ərazisinə daşınaraq, partlayış yolu ilə zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol