Menu

""S-300" məsələsi artıq həll olunub" - İran

16.04.2015, 15:18
""S-300" məsələsi artıq həll olunub" - İran

Rusiyadan "S-300" raket komlekslərinin alınması məsələsi həll olunub, hazırda Tehran Rusiya ilə müqavilənin operativ müstəviyə keçəcəyinə ümid edir. Trend-in məlumatına görə, bunu İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan bildirib.

Rusiyadan "S-300" komplekslərinin gətirilməsi barədə sualı şərh edən nazir bildirib ki, məsələ perspektiv olaraq artıq həll olunub: "Biz Rusiya ilə 6 il əvvəl müqavilə bağlamışıq. Müqavilənin bəzi maddələri nümunəvi şəraitlə üst-üstə düşür. Ümid edirik ki, müqavilə operativ müstəviyə keçəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol