Menu

Tanınmış jurnalist qətlə yetirildi - FOTO

16.04.2015, 16:35
Tanınmış jurnalist qətlə yetirildi - FOTO

Ukraynanın tanınmış jurnalisti Oles Buzina Kiyev şəhərində qətlə yetirilib. APA-nın “unn.com.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə tibb işçisi olan mənbə məlumat verib.

Qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol