Menu

“ABŞ-a vassal ölkələr lazımdır” - Putin

16.04.2015, 16:43
“ABŞ-a vassal ölkələr lazımdır” - Putin

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasının şərtlərini açıqlayıb. APA-nın məlumatına görə, V. Putin yerli telekanalların canlı yayımında bildirib ki, əsas şərt Rusiyaya hörmətin göstərilməsidir.

“Qərblə münasibətləri pozan biz olmamışıq. Biz əməkdaşlıq etmək istəyirik”, - deyə o bildirib.

Sanksiyalar vasitəsi ilə Rusiyaya ziyan vurmağın faydasız olduğunu deyən Putin qeyd edib ki, ABŞ-a tərəfdaşlar deyil, vassallar lazımdır: “Rusiya isə bu cür münasibətlər sistemində özünü görmür. Nəinki görmür, heç bu sistemdə yaşaya da bilməz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol